Dənizdə batan 19 yaşlı oğlanın meyiti tapıldı

Dənizdə batan 19 yaşlı oğlanın meyiti tapıldı
17:37 22 İyul 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/772757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR