“Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılışı olub

“Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılışı olub
17:37 22 İyul 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı daha bir tədbir keçirilib.
"Report"un məlumatına görə, Atletlər Kəndində Olimpiya Mədəniyyəti və Təhsil proqramı çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimi baş tutub.
Güşədə Bakı şəhərindən seçilmiş 49 məktəb 49 Avropa ölkəsini təmsil edib. Güşənin yaradılmasında məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdir. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, məktəb direktorları və festivalda təmsil olunan müxtəlif ölkə komandalarının idmançıları iştirak ediblər. 
Rəsmi hissədən sonra nümayəndələr, idmançılar və qonaqlar pavilyon və hər bir ölkənin mədəniyyəti ilə yaxından tanış olublar. Sonda məktəblilər müxtəlif Avropa ölkələrinin mahnı və rəqslərini nümayiş etdiriblər. 
Qeyd edək ki, festivalda 14 - 18 yaşlı atletlər 10 növ - idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayırlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər Kəndində məskunlaşan idmançıların sayı 3600 nəfər, qonaqların ümumi sayı 4000 nəfərdən çoxdur.













Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/olimpiya-medeniyyeti-ve-i-dman-gusesinin-acilis-merasimi-bas-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR