Ceyhun Bayramov: "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır"

Ceyhun Bayramov: "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır"
17:57 22 İyul 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır".
"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimində deyib.
Nazir Atletlər Kəndində baş tutan tədbirdə EYOF-un gənclər üçün böyük fürsət olduğunu bildirib: "Belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, ölkələr və mədəniyyətlərarası dostluq və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır". 
C.Bayramov Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə Təhsil Nazirliyinin daha bir uğurlu və tarixi layihəyə imza atdıqlarından vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/olkemiz-yarislari-en-yuksek-seviyyeli-tedbirleri-keciren-olke-kimi-tan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR