"Qarabağ"ın istədiyi daha bir futbolçunun adı və qiyməti açıqlandı

"Qarabağ"ın istədiyi daha bir futbolçunun adı və qiyməti açıqlandı
18:17 22 İyul 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın transfer siyahısında olan daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Argentina mətbuatı "Uraqan"ın hücumçusu Lukas Qambanın da "Qarabağ"ın transfer siyahısında olduğunu yazıb. 
 
Qambanın 32 yaşı var. O, 2018/19 mövsümündə Argentina yüksək liqasında 24 oyuna 6 qol vurub. Məlumata görə "Qarabağ" rəsmi şəkildə bu futbolçuya müraciət etməsə də menecerlər vasitəsilə təmas qurulub. Komanda ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağı halda sözügedən argentinalı transfer edilə bilər. 
 
Lukasın qiyməti də açıqlanıb. Belə ki, "Qarabağ" bu futbolçunu əldə etmək istəsə 2 milyon 100 min dollarından keçməli olacaq.
 
"Osmanlıspor"dan Maqaye Qeyenin transferindən sonra baş məşqçi Qurban Qurbanov avrokuboklarda qrup mərhələsinə kimi əlavə hücumçu almamaq qərarı verib. Komanda ÇL-də qrupa düşərsə, bu halda transfer siyasətində hansısa yeniliklər ola bilər. Bununla belə, klub qapıçı və orta mövqeyə daha bir yarımüdafiəçi almaq fikrindədi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/772708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR