Miyoma nədir? - Səbəblər, müalicə

Miyoma nədir? - Səbəblər, müalicə
21:17 22 İyul 2019
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaqlıq miyomaları uşaqlıq toxumasından başlanğıc götürən, ölçüləri, adətən, 1-15 sm aralığında olan xoşxassəli törəmələrdir. Amma daha böyük ölçüdə, nəhəng miomalara da  rast gəlinir. Milli.Az medicina.az-a istinadən mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Miyomalar bəzən fibroid, leyomiyoma və ya fibromiyoma adlanır. Miyomalar qadın cinsiyyət orqanlarının ən çox rast gəlinən törəməsidir. 

35 yaşdan sonra hər üç qadının birində, müayinə zamanı və ya USM ilə müəyyən olunan miyoma mövcud olur. Xəstələrin çoxunda uşaqlıqda birdən çox sayda  mioma qeyd olunur, bəzən 50-dən çox sayda ola bilir.
 
Qadın hormonu olan estrogen miomaların böyüməsini artırır. Bu səbəbdən miomalar qadında menopauzaya qədər və hamiləlik zamanı 2-3 dəfə ölçüləri artır, menopauza dövründə isə kiçilməyə başlayır.  Amma qadın menopauza dövründə hormonal preparat qəbul edirsə, bu kiçilmə olmur.

Miyomalar uşaqlıq toxumasında yerləşdiyi nahiyəyə uyğun olaraq 3 qrupa ayrılır:
 
Submukozal Miyomalar - Uşaqlığın daxilinə doğru böyüyən miyomalardır. Ən az təsadüf olunan , amma ən çox qanaxma verən formadır. Qanaxmalar, xüsusən, menusturasiya zamanı qanaxmanın normadan artıq olması və vaxtının uzanması ilə özünü göstərir.
 
-    İntramural Miyomalar
 
-    Uşaqlığın əzələ toxumasının içində yerləşmiş miyomalardır.Ən çox rast gəlinən tipdir. Uşaqlıq toxuması içində yerləşən miomadır. Qanaxmalar ,xüsusən, menusturasiya zamanı qanaxmanın normadan artıq olması və vaxtının uzanması ilə özünü göstərir. Həmçinin, bu forma qarında ağrı və ətraf orqanlarda təzyiq nəticəsində müxtəlif şikayətlərin yaranmasına səbəb olur.
 
-     Subserroz Miyomalar
 
- Uşaqlığın xaricinə doğru inkişaf edən miyomalardır. Adətən, qanaxma problemlərinə səbəb olmurlar. Daha çox qarının aşağı nahiyyəsində ağrı, bel ağrısı, qarındaxili təziqin artması, daimi qəbizlik və ətrafdakı orqanlara təzyiq nəticəsində müxtəlif şikayətlər yaranır. Miyomanın əlamətləri ?
-    Uşaqlıq miyaoasının böyük bir hissəsi heç bir şikayətə səbəb olmur və müalicə lazım olmur. Ancaq miyomaların 10-20%-də ciddi şikayətlər meydana gəlir. Miyomalarda ən çox görülən şikayət adət qanxmalarının uzun və şiddətli olmasıdır. Bu zaman qanaxma çox və laxtalanmış olur. Xroniki qanaxma səbəbi ilə xəstədə anemiya yaranır.

Digər çox rast gəlinən şikayətlər isə bunlardır :

• Qarında ağrı 
• Bel və ayaq ağrısı 
• Cinsi əlaqə zamanı ağrı 
• Tez - tez sidik ifrazının olması (miyomaların sidik kisəsinə təziqi nəticəsində 
• Qəbizlik və meteorizim (köp) (miyomaların yoğun bağırsağa təziqi nəticəsində)
 
Diaqnostika

Adətən USM ilə diaqnostika dəqiqləşir. Amma lazım olarsa MRT-də aparılır. Müalicəsi
 Miyomanın müalicəsində məqsəd xəstədə olan şikayətləri ləğv etməkdir. Şikayəti olmayan xəstələrdə müalicəyə ehtiyac yoxdur. Şikayəti olan xəstələrdə isə 4 müalicə seçimi vardır.
 
1.Hormonal müalicə Bu müalicə zamanı xəstəyə GNRH aqonistləri və menopauza yaradaraq estrogen səviyyəsini aşağı salan dərman preparatları verilir. Estrogen səviyyəsi endikdən sonra miyomaların ölçüsü kiçilir və onları qidalandıran damarlar kiçilir. Nəticədə isə xəstənin şikayətləri azalır. Amma bu yaxşılaşma daimi olmur. Hormonal müalicə kəsilərsə,miyomalar sürətlə yenidən ölçülərini artırar. Dərmanlar uzun müddət istifadə etdikdə isə xəstədə osteoparoz ( sümük əriməsi ) və şiddətli menopauza əlamətləri yaranır. Bu səbəbdən hormonal dərmanlar miomaların daimi müalicəsi üçün istifadə olunmur. Amma digər müalicə metodlarını istəməyən xəstələrdə bu müalicə qısa müddətlik yaxşılaşma yaratsın deyə, təyin olunur. 
 
2. Miyomektomiya (miyoma düyünlərinin götürülməsi) Əməliyyat ümumi narkoz ilə gənc və gələcəkdə hamilə qalmağı düşünən qadınlarda icra olunur. Uşaqlığa toxunmadan miyomalar tək-tək xaric olunur. Miyomaların sayı az olduqca əməliyyat effekti bir o qədər çox olur. Əməliyyatın açıq və laproskopik yolla icrası mümkündür.
 
3.Total abdominal histeroktomiya, vaginal histeroektamiya ( uşaqlığın götürülməsi) Ümumi narkoz ilə uşaqlıq tamamilə götrülür. Əməliyyat zamanı yumurtalıqların götürülməsi xəstənin yaşından və yumurtalıqların vəziyyətindən asılı olur. Xəstə 45 yaşdan böyükdürsə, adətən, yumurtalıqlar da götürülür. Əməliyyat, adətən, 40 yaşdan böyük, çox sayda mioması olan və hamiləlik düşünməyən qadınlarda icra olunur. Radikal müalicədir, əməliyyat ilə miomalar tamamilə götürülür, uşaqlıqla bərabər uşaqlıq götürüldüyü üçün problem təkrar olunmur. Əməliyyatın gedişi xəstənin çəkisindən, bədən qurluşundan , miomaların ölçüsündən asılı olaraq dəyişir. Xəstaxanada qalmaq fərqlidir. Adətən,1-4 gün xəstələr xəstaxnada qalır. Əməliyyatdan sonra həkim-ginekoloqun müalicəsinə ehtiyac vardır. 
 
4. Daha yeni metod isə embolizasiyadır. Bu metodda xəstə seçimi azdır və geniş istifadə olunmur. Hazırda Azərbaycanda bu metodu icra edən bir neçə radioloq var. Onlar miomaları qidalandıran damarları bağlayaraq, miomaların qidalanmasının qarşısını alır. Bu, bud qalça damarından keçilərək invaziv icra olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/772750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR