Ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramın parlaq təcəssümü

Ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramın parlaq təcəssümü
02:38 11 May 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 11 may, Bağır Əliyev, AZƏRTAC 
Astara şəhərinin mərkəzi meydanı bayramsayağı bəzədilmişdi. Buraya üz tutan insanlar xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edir, əziz xatirəsinə sonsuz ehtiramlarını bildirirdilər.
AZƏRTAC xəbər verir ki, mərasim Astara şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzdə ucaldılan büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında və inkişafında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, irimiqyaslı və uzunmüddətli layihələrin hazırlanmasında əvəzolunmaz xidmətlərindən söz açaraq əldə olunan bütün uğurların onun adı ilə bağlı olduğunu bildirib.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı layihələr nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini vurğulayan Q.Ağayev, Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Azərbaycan Prezidentinin sərəncamlarını dövlətimizin başçısının astaralılara göstərdiyi qayğının təzahürü kimi qiymətləndirib.
Tədbirdə Suparibağ kənd tam orta məktəbinin müəllimi Kəmalə Nəsirovanın ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı məruzəsi dinlənilib.
Toplantıda çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyatımızın bütün sahələrində qazanılmış uğurlardan danışıb, Ulu Öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu vurğulayaraq onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdırıblar.
Sonda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sıralarına qəbul olunmuş gənclərin bir qrupuna üzvlük vəsiqələri təqdim edildi.
 
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyeve_sonsuz_mehebbet_ve_ehtiramin_parlaq_tecessumu-854050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR