Bakı-2019: Daha 23 dəst medal sahibini tapacaq

Bakı-2019: Daha 23 dəst medal sahibini tapacaq
09:57 23 İyul 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında daha 23 dəst medal sahibini tapacaq.
“Report”un məlumatına görə, cüdo istisna olmaqla, festivalın proqramında yer alan 10 idman növündən 9 üzrə yarışlar olacaq. Onlardan 5-də mükafatçılar müəyyənləşəcək.
Azərbaycan yığmaları 4 komanda növündə mübarizə aparacaq. Həmçinin 7 güləşçisi, 6 velosipedçisi, 4 üzgüçüsü, 3 gimnastı, 2 atleti də qüvvəsini sınayacaq.


Atletika
09:10. Qızlar, uzunluğa tullanma, təsnifat
Ləman Hüseynova
10:40. Oğlanlar, 400 m, I mərhələ
Teymur Salahzadə
Üzgüçülük
09:00. Oğlanlar, 100 m, sərbəst üsulla
Maksim Petrenko
09:12. Qızlar, 400 m, sərbəst üsulla
Aysel Səfərova
09:44. Oğıanlar, 200 m, batterflyay
Ramil Vəlizadə
10:40. Oğlanlar, 1500 m, sərbəst üsulla
Rəşad Əliquliyev
İdman gimnastikası
10:00. Oğlanlar, çoxnövçülük, komanda yarışı
Mansum Səfərov, Səməd Məmmədli, Ağakazım Rüstəmov
Velosiped idmanı
10:00. Qızlar, fərdi vaxtla yürüş
Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova
17:00. Oğlanlar, fərdi vaxtla yürüş
Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov
Güləş
10:30. Sərbəst güləş
51 kq, 1/8 final
Kənan Heybətov - İ.Terzi (Ukrayna)
65 kq, 1/8 final
Cəbrayıl Hacıyev - D.Patsinaşvili (Gürcüstan)
10:30. Yunan-Roma güləşi
51 kq, 1/8 final
Elmir Əliyev - C.Andresen (Norveç)
65 kq, təsnifat
Xasay Həsənli - F.Bukis (Yunanıstan)
10:30. Qadın güləşi
53 kq, 1/8 final
Elnurə Məmmədova - F.Vizi (Macarıstan)
57 kq, 1/8 final
Birgül Soltanova - D.Manuil (Rusiya)
65 kq, 1/8 final
Nigar Mirzəzadə - M.Trautman (Almaniya)
Həndbol
Qızlar, B qrupu, II tur
14:30. Azərbaycan – Macarıstan
Oğlanlar, A qrupu, II tur
20:30. Danimarka – Azərbaycan
Basketbol
Oğlanlar, A qrupu, II tur
18:15. Fransa – Azərbaycan
Voleybol
Oğlanlar, A qrupu, II tur
18:30. Azərbaycan – Belarus
Qeyd edək ki, geridə qalan 2 yarış günüdən sonra Azərbaycan millisi 10 medalla 1-ci sıradadır. Mükafatların hamısı güləşçilər əldə ediblər. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Romada Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/baki-2019-daha-23-dest-medal-sahibini-tapacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR