“WiGig”: “Wi-Fi”-dan on dəfə daha sürətli yeni texnologiya

“WiGig”: “Wi-Fi”-dan on dəfə daha sürətli yeni texnologiya
09:46 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu il “WiGig” (məlumatların saniyədə 7 Qbit sürətlə ötürülməsini dəstəkləyən yeni texnologiya) dəstəkli birinci kommersiya qurğuları bazara çıxarılacaq. Bu, “Wi-Fi” (802.11n) standartından 10 dəfə sürətlidir.

2015-ci ildə satışa çıxarılacaq “WiGig” çipi ilə təchiz edilmiş kompüter və noutbuklara xarici daşıyıcı, proyektor və başqa periferiya qurğularının qoşulması üçün daha kabelə ehtiyac olmayacaq və fərdi kompüterdəki “Full HD” formatında filmi planşetə iki dəqiqəyə ötürmək mümkün olacaq.


"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, çox yüksək mərkəzi tezlikdə (60 QHs) işləməsi “WiGig” siqnalına “Wi-Fi” ilə müqayisədə daha çox informasiya “daşımağa” imkan verir. “WiGig” simsiz kanalının maksimal (nəzəri) sürəti sonuncu nəsil “Wi-Fi” (433 Mbit/s) ilə müqayisədə 7 Qbit/s təşkil edir.

Bununla belə, “WiGig” texnologiyası “Wi-Fi”-ya birbaşa rəqib deyil. 60 QHs-lik diapazon eyni zamanda çox sürətli texnologiyanın çatışmazlığıdır, belə ki, divar, döşəmə və ya tavan arasından siqnal buraxılmasına imkan vermir. “WiGig” texnologiyasını daha çox bir otaqda yerləşən qurğuların “ünsiyyəti” üçün uyğun gələn "kabelsiz USB" kimi xarakterizə etmək olar.

“WiGig” texnologiyasının hazırlanmasında “Intel”, “Dell”, “MediaTek”, “NVIDIA”, “Samsung Toshiba”, “AMD”, “Broadcom” və başqa şirkətlər iştirak edir. Mobil qurğular üçün aparıcı prosessor və simsiz çip istehsalçılarından biri “Qualcomm” şirkəti bu yaxınlarda Las-Veqasda keçirilmiş “CES 2015” sərgisində ev və ya ofisə quraşdırmaq üçün “WiGig” dəstəkli routerini nümayiş etdirib.

“Intel” korporasiyası rəqibindən geri qalmır, ötən ilin yayında supersürətli texnologiyanı noutbuklara quraşdırmaq dəstəyini elan edib. Çip istehsalçısı “CES 2015” sərgisində "hava" ilə monitor və başqa periferiya qurğusu ilə birləşən “WiGig” texnologiyasına malik leptopunu təqdim edib. Həmçinin “Samsung” şirkəti “WiGig” məhsullarını təqdim edəcək.

Emil Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR