Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib.
Matç 2:2 hesabilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib.
Qeyd edək ki, "Qəbələ" ilk oyunda "Antalyaspor"lu yaşıdlarına uduzmuşdu - 0:2. "Qırmızı-qaralar"ın toplanış çərçivəsində üçüncü - son oyunu yanvarın 18-i baş tutacaq. Rəqib hələ bəlli deyil.
Fanat.az