8 mindən çox insan tələf oldu (VİDEO)

8 mindən çox insan tələf oldu (VİDEO)
04:01 11 May 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8 mini keçib.

ANS PRESS-in məlumatına görə, bu barədə "CNN" bölgədəki Milli antiböhran mərkəzinin hesabatına əsasən xəbər verib.

Hesabatda bildirirlir ki, zəlzələ nəticəsində 8 019 insan həyatını itirib. Bundan əlavə 17 866 nəfər yaralanıb, daha 366 nəfər isə itkin sayılır.

Bundan əvvəl xəbər verilirdi ki, Nepal polisi yerli könüllülərlə birgə daha 100 nəfərin meyitini dağıntılar arasında çıxarıb. Yerli sakinlərdən əlavə ölənlərin arasında xaricdən olan səyahətçilər də var.

Qeyd edək ki, dəhşətli zəlzələ nəticəsində ölü sayının 10 000-ə çatacağı istisna olunmur.

https://www.youtube.com/watch?v=qLcUZNotXdU

https://www.youtube.com/watch?v=osPxxTz0_3Y
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=343638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR