Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 24 iyul 2019-cu il tarixində Neftçala şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti 35) Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Metbuat.az bildirir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR