Ağstafada bir neçə mərmi və qumbara tapılıb

Ağstafada bir neçə mərmi və qumbara tapılıb
16:47 23 İyul 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda bir neçə mərmi və qumbara tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) "Report"a verilən məlumata görə, iyulun 23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Ağstafa rayonu, Poylu kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları yuxarıda adı qeyd olunan ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli mərmilər (1 ədəd 100 mm-lik top mərmisi (BR-412), 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K), 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 1 ədəd 30 mm-lik silah qumbarası (VUS-17)) aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Xəbərin orijinal ünvanı: https://report.az/herbi/agstafada-bir-nece-mermi-ve-qumbara-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR