Qanlı teraktın qarşısı alındı - FOTO

Qanlı teraktın qarşısı alındı - FOTO
09:47 16 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən Belçikada qanlı terror aktlarının qarşısı alınıb. Xüsusi təyinatlı polis dəstələrinin Vervye şəhərinin mərkəzindəki Ryu de la Kollin küçəsindəki evlərdən birində keçirdikləri əməliyyatlar nəticəsində 2 terrorçu qətlə yetirilib, bir nəfər tutulub.

Milli.Az Nieuwsblad.be-yə istinadən bildirir ki, onlar Parisdəki "Charlie Hebdo" jurnalına və supermarketə terror hücumlarının analoqlarını həyata keçirmək istəyirdilər.
 
Teraktları Belçikanın bir neçə bölgəsində reallaşdırmaq planlaşdırılmışdı.
Polislər terrorçuların yaşadıqları mənzillərdə silah, partladıcı maddələr, habelə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının bayraqlarını tapıblar.
 
Polis Vervye şəhərindəki dəmiryol vağzalında əməliyyat keçirərək iki islamçını qətlə yetirib.
 
İlkin məlumatlara görə, bu terrorçular Parisdəki terror hücumları ilə bilavasitə əlaqəli olmayıblar.
 
Vervye şəhərindəki antiterror əməliyyatından sonra Belçikanın hakimiyyət dairələri ölkənin bir sıra bölgələrində milli təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Le Soir bildirir ki, Vervyedə məhv edilmiş terrorçular Parisdəki koşer ərzaq məhsulları marketində 4 girovu qətlə yetirmiş terrorçu Amedi Kulibali ilə əlaqəli olublar.
Vervyedəki əməliyyat zamanı terrorçular polisə atəş açıblar. Bundan sonra atışma başlanıb, partlayış səsləri eşidilib.
Hazırda Belçikada İŞİD-lə bağlı olan terrorçuların aşkarlanması məqsədilə ən azı 10 əməliyyatın keçirildiyi bildirilir.
   
Milli.Az

























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR