AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirməyi qərara alıb

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirməyi qərara alıb
18:27 23 İyul 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.
Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.
Qeyd edilib ki, Bakı- Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu Boeing 787 Dreamliner təyyarələri ilə yerinə yetiriləcək.
⠀⠀


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/a-zal-bakidan-nyu-yorka-ucuslari-davam-etdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR