Bakı, 11 may, AZƏRTAC
Səbail rayonunun Sahil bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan ənənəvi gül bayramı keçirilib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələrinin də əl işlərindən ibarət maraqlı gül ekspozisiyaları sərgilənib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, çıçəklərdən hazırlanan müxtəlif fiqurlar arasında ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Qız qalasının, paytaxtın yeni simvoluna çevrilən “Alov qüllələri”nin, “Səbail” gəmisinin, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının emblemi və güllə işlənmiş başqa ornamentlər bayram iştirakçılarının diqqətini cəlb edib.











