Formula-1: Niko Rosberq İspaniya Qran Prisinin qalibi oldu

Formula-1-də mövsümün 5-ci yarışı olan İspaniya Qran Prisinə yekun vurulub.

Metbuat.az-ın xəbərinə görə, yarışa birinci sırada başlayan "Mersedes" pilotu Niko Rosberq sona qədər liderliyi əldən verməyib və qalib olub. Luis Hemilton ikinci, Sebastyan Fettel isə üçüncü olub.

1. Niko Rosberq ("Mersedes")

2. Luis Hemilton ("Mersedes")

3. Sebastyan Fettel ("Ferrari")

4. Valtteri Bottas ("Uilyams")

5. Kimi Raykkonen ("Ferrari")

6. Felipe Massa ("Uilyams")

7. Daniel Rikkardo ("Red Bull")

8. Romen Qrojan ("Lotus")

9. Karlos Sayns ("Toro Rosso")

10. Daniil Kvyat ("Red Bull")

Aktivində 111 xalı olan Luis Hemilton 5 yarışdan sonra sürücülərin turnir cədvəlinə başçılıq edir. Rosberq ikinci, Fettel üçüncüdü.

Konstruktorların çempionatında isə "Mersedes" liderliyini davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR