Polis nəbzi dayanan körpənin həyatını belə xilas etdi - VİDEO

Amerikada bir ana körpəsinin nəbzi dayandıqda təşvişə düşərək polisə zəng edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, körpəyə ürək masajı tətbiq edən polis körpənin həyata qayıtmasını təmin edib. həmin anlar anbaan polis kamerasına əks olunub.

Ohio əyaləti yaxınlığındakı Sanduski şəhərində baş verən hadisədə körpənin 6 həftəlik olduğu bildirilib.

Dərhal hadisə yerinə gələn polis körpənin nəfəs almadığını və nəbzinin olmadığını görüb. Polisin tətbiq etdiyi ürək masajı sayəsində həyata dönən körpə xəstəxanaya yerləşdirilib. Körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Sanduski polis departamenti polislərin hər iki ildə bir yardım təlimlərini təkrarladığını və bu hadisədə polis məmurununbu təlimlər sayəsində körpənin həyatını xilas etdiyini bildirib.


https://metbuat.az/news/1227426/40-ildir-saclarini-ne-kesir-ne-de-yuyur.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR