Azərbaycan voleybol yığması Olimpiya Təsnifat Turnirinə yollanıb

Azərbaycan voleybol yığması Olimpiya Təsnifat Turnirinə yollanıb
10:57 24 İyul 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirini təşkil edəcək Braziliyaya yollanıb. 
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma üzvləri San-Paulu şəhərində 6 gün təlim-məşq toplanışı keçirəcək. Hazırlıq planına uyğun olaraq, milli yerli Braziliya klublarından biri ilə bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. 30 iyulda isə komanda turnirin keçiriləcəyi Uberlandiya şəhərinə yola düşəcək.
D qrupunda yer alan Covanni Kapraranın baş məşqçi olduğu komanda ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Ertəsi gün rəqib ev sahibi Braziliya, iyulun 3-də isə Kamerun yığması olacaq. 
Olimpiadaya lisenziya qazanmaq üçün qrup qalibi olmaq lazımdır. 
Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesinə iyunun 24-də başlayıb. Daha sonra komanda üzvləri 11 - 15 iyulda Bolqarıstanda, 15 - 19 iyulda Rusiyada, 19 - 24 iyulda Türkiyədə təlim-məşq toplanışı keçirib. Yığma hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri ilə yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb.
Komandamızın oyun cədvəli
D qrupu
1 avqust

21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan
2avqust
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası
3avqust
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun


Xəbərin orijinal ünvanı: https://report.az/komanda/millimiz-braziliyaya-getdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR