Bu gözəl qadın prezident ola bilərdi - FOTO

Bu gözəl qadın prezident ola bilərdi - FOTO
09:57 11 May 2015
71 Dünya
Ölkə mətbuatı
A- A+

Prezidentliyə ən cazibədar namizəd uduzdu
Aktrisa Maqdalena Oqurekin gözəlliyi qalibiyyətinə kömək etmədi.

Bazar günü Polşada prezident seçkilərinin birinci turu başa çatdı.

Anspress-in məlumatına görə, ekzit-pollara əsasən, qələbə çalmaq şansı hazırkı prezident Bronislav Komorovskidə daha yüksəkdir.

Son rəy sorğularına görə, seçicilərin 35 faizi Komorovskiyə səs vermək arzusunda olduğunu bildirib. Hazırkı prezidentin əsas rəqibi "Qanun və ədalət" adlı müxalifət partiyasının namizədi Anjey Dudadır: rəy sorğuları onun reytinqinin 27 faiz olduğunu göstərib. Üçüncü yerdə rok-musiqiçi Pavel Kukizdir, rəy sorğuları onun reytinqin 15 faiz olduğunu güman etməyə əsas verir.

Lakin 11 namizəd arasında gözəlliyi ilə seçilən Maqdalena Oqurek uduzanlar sırasında qaldı. 35 yaşlı aktrisa və humanitar məsələlər üzrə mütəxəssis olan namizəd ən seksual və ən rusiyayönlü namizəd adlandırılırdı. Seçkilərdən bir gün əvvəl Oqurek bildirmişdi ki, Rusiya ilə əlaqələrin dağılmasında Komorovski günahkardır.

“Prezident dəftərxanasından bəzi məmurların Rusiya ünvanına səsləndirdikləri sözlərin tonu qarşılıqlı xoşagəlməzlik yaradır”, - deyə Maqdalena Oqurek bildirmişdi.

Qeyd edək ki, namizədlərdən heç biri 50 faiz səs toplaya bilmədiyi üçün 24 mayda seçkilərin ikinci turu keçiriləcək.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/339678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR