Rusiya və Çin bombardmançılarını havaya qaldırdı - Gərginlik PİK HƏDDƏ

Rusiya və Çin bombardmançılarını havaya qaldırdı - Gərginlik PİK HƏDDƏ
13:33 24 İyul 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Rusiya ilə Cənubi Koreya Hərbi Hava Qüvvələri arasında yaşanan gərginlikdən sonra dünya siyasi arenasının diqqəti bölgəyə çevrilib.

Publika.az xəbər verir ki, Rusiya Çin ilə birgə bölgəyə nəzarət edən Tu-95MS bombardman təyyarələrinin görüntülərini paylaşıb.

Görüntülərdə Tu-95MS strateji bombardman təyyarələrinin Rusiyada adı açıqlanmayan bir hava limanından qalxdığı əks olunub. Təyyarəni Çinin “Şian H-6” bombardmançısı müşayiət edir.

Qeyd edək ki, dünən Cənubi Koreya Hərbi Hava Qüvvələrinin təyyarəsi ölkənin hava məkanına qanunsuz daxil olan Rusiya təyyarəsinə xəbərdarlıq atəşi açmışdı. Rusiya Müdafiə Nazirliyi bu xəbəri təkzib etmişdi. Hadisədən sonra Yaponiya da qırıcılarını havaya qaldırmışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/285538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR