Rusiya dövlət müstəqilliyini qazanandan sonra Moskvada keçirilən paradların arasında ən möhtəşəmi olmuş keçid Qərb mediasında hələ də müzakirə olunur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2-ci Dünya Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş paradda 16500 hərbçi iştirak edib və Rusiya ən son hərbi texnikasını ilk dəfə göstərib.
Həmin texnika arasında T-14 "Armata" tankları da vardı.
Qələbə Günü Çita şəhərindəki parad əsnasında isə təntənəli keçid zamanı "Buk" zenit-raket kompleksi alışıb.
Sevastopol şəhərindəki hərbi-dəniz bazasında Qələbə Günü xüsusi təlim keçirilmiş suitilər hərbi simvolikada olublar.
Milli.Az