Zukerberq sosial şəbəkələrin gələcəyi haqda proqnoz verib

Zukerberq sosial şəbəkələrin gələcəyi haqda proqnoz verib
09:56 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Facebook”un yaradıcısı Mark Zukerberq Kolumbiyanın paytaxtındakı çıxışı zamanı bildirib ki, 10 il sonra sosial şəbəkələrdə artırılmış reallıq texnologiyaları və daşınan texnologiyalardan geniş istifadə ediləcək.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Zukerberq zaldan ona verilmiş suala (10 il sonra “Facebook” necə olacaq?) cavab verib. Mark yalnız “Facebook” deyil, ümumilikdə sosial şəbəkələrin gələcəyi ilə bağlı öz fikirlərini  bölüşüb. Zukerberq deyib ki, sosial şəbəkələrdən istifadə edən insanların sayı xeyli artacaq, veb-messencerlər isə mesaj göndərməyə imkan verən mobil tətbiqlərlə müqayisədə daha az populyar olacaq.
 
Zukerberq daşınan texnologiyaların gələcəyi ilə bağlı hələ əmin deyil.
 
Xatırladaq ki, “Facebook”, həmçinin “Oculus Rift” virtual reallıq eynəyinin yaradıcısını satın alıb. Zukerberq bu qərarı belə izah edib ki, bu texnologiyalar internetin "gələcəyini" təşkil edir.

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34795-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR