Qusarda 51 yaşlı qadın itkin düşüb

Qusarda 51 yaşlı qadın itkin düşüb
12:52 25 İyul 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

51 yaşlı Qusar sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/773545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR