Premyer Liqada "Qızıl buts"u almaq istəyirəm"

Premyer Liqada "Qızıl buts"u almaq istəyirəm"
11:12 11 May 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının 36-cı turunda QPR-in qapısına 3 qol vuran (6:0) Serxio Aquero bombardirlər cədvəlində liderlyini möhkəmləndirib. Goal.az xəbər verir ki, argentinalı hücumçu oyundan sonra klubun saytına fikirlərini bildirib.
 
"Bu nəticəyə görə sevinirəm. Biz ikinci yerdə qalmağa imkan verən 3 xalı qazanmalı idik. Bütün komandanın oyunu yaxşı idi. Qarşıda 2 oyun qalıb. Ümid edirəm ki, Premyer Liqada "Qızıl buts"u mən alacam. Amma əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. İkinci və üçüncü yerlər bu imkanı verir. Amma Premyer Liqanı vitse-çempion kimi tamamlamaq istərdim. Belə nəticələr növbəti mövsüm üçün də əhəmiyyətlidir. Mövsümü major notlarla başa vurmaq istəyirik. Komandaya kimin gələcəyini rəhbərlik müzakirə edəcək. Amma vəzifəmiz dəyişməyəcək. Bütün turnirlərdə qələbə üçün mübarizə aparacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/339711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR