EYOF: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

EYOF: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib
13:27 25 İyul 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov ardıcıl olaraq BelarusÇexiya idmançılarını mübarizədən kənarlaşdırıb. O, yarımfinalda türkiyəli Musa Şimşəklə görüşəcək. 
66 kq çəkidəki Mətin Rzazadə 1/4 finalda rusiyalı həmkarına uduzub. O, təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.
Qadın cüdoçu Aytac Qardaşxanlı da yarımfinalda çıxış edəcək. 57 kq-da yarışan idmançı bu raunda kimi Finlandiya, Böyük Britaniya və Rumıniya təmsilçilərinə qalib gəlib. Qardaşxanlı finala gedən yolda rusiyalı Kseniya Qalitskaya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl, iki bürünc medal əldə ediblər. 
Qeyd edək ki. Vüqar Talıbov 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/eyof-azerbaycanin-iki-cudocusu-yarimfinala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR