Müsavatın qərargahı qarşısında keçirilən piketin təşkilatçıları Divana çağırılıb

Müsavatın qərargahı qarşısında keçirilən piketin təşkilatçıları Divana çağırılıb
11:17 11 May 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 11 May 2015 11:14 ]


Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) mayın 6-da partiyanın qərargahı qarşısında etiraz aksiyasının təşkilatçılarından olan 3 nəfər barəsində təqdimat hazırlayıb.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı deyib.

 

O bildirib ki, MNTK tərəfindən partiya üzvlərinin fəaliyyəti ilə əlaqədar hazırlanan təqdimat bu gün Divanın müzakirəsinə çıxarılacaq.

 

Onun sözlərinə görə, Divana Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın üzvləri Rahib Mirələmov və Əli Qasımlı çağırılıblar: “Onlara fəaliyyətləri ilə əlaqədar müəyyən suallar olacaq. Qəbul olunacaq qərar isə Divandan asılıdır”.

 

Xatırladaq ki, Müsavatın bir qrup üzvü mayın 6-da partiya rəhbərliyinə etiraz olaraq, piket keçiriblər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR