​Məşhur modelin bədəni çürüməyə başladı -35 kiloqrama qədər düşdü

Məşhur amerikalı model Cessika Landon gənclik illərində lüks bir həyat yaşayırdı.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, gənc qadın xəyallarını gerçəkləşdirə bilmək üçün Los Angelesə köçüb və bir çox məşhur kanallarda yayımlanan seriallarda rol almağa başlayıb. Cessika Landon bəzi filmlərdə də müxtəlif obrazlar canlandırıb.

Eyni zamanda modelliklə məşğul olan Cessika “Playboy” jurnalında da yer alıb.

Amma uşaqlığından baxıcısı tərəfindən istismara məruz qalması kimi bir çox travmalar onu tərk etməyib. İçində “boşluq” hiss etdiyini deyən Cessika bunlarla başa çıxmaq üçün spirtli içki aludəçisi olub.

Gənc qadın belə davam edə bilməyəcəyini düşünərək müalicə olunsa da, 2013-cü ildə yenidən asılılığı başlayıb.

Tanımadığı bir adamın evində yaşayan Cessika “içki pəhrizi” tətbiq etməyə başlayıb. Spirtli içkidən başqa heç bir şey qəbul etməyən model beyin qanaması keçirib. Daha sonra isə üzü əyilib və bədəni çürüməyə başlayıb.

35 kiloqrama qədər çatan və orqanları tamamilə fəaliyyətini dayandıran qadın xəstəxanaya yerləşdirilib və aylarla müalicə olunub.

1 il sonra Cessika özünə yeni bir həyat qurmağa qərar verib və həmin gündən sonra içkidən uzaq durmağa çalışıb.

Hazırda 37 yaşında olan model dekabr ayında körpəsini qucağına almağa hazırlaşır.






https://metbuat.az/news/1230637/rihanna-7-yasli-qiz-usagi-ile-sosial-mediani-ayaga-qaldirdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR