Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyəyə 5 günlük səfərə yollanır

Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyəyə 5 günlük səfərə yollanır
12:03 11 May 2015
78 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 may /Trend/­

Səfər Türkiyə Cümhuriyyəti Giresun Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Aksu Teart Festivalı çərçivəsində reallaşacaq. Kəpəz TV-nin (Region TV) Trend-ə verdiyi məlumata görə, Dram Teatrın kollektivi qardaş ölkədə Xəzəngül Hüseynovanın "Məhəbbətin qənimi" əsəri ilə çıxış edəcək. Faiq Qasımovun quruluş verdiyi bu tamaşa artıq 19 ildir ki, teatr səhnəsində oynanılır.

Faiq Qasımov- quruluşçu rejissor: “Səhnə əsərində qəhrəmanın içkiyə olan düşkünlüyü ailəni dağıdır, məhəbbət pozulur. Bu tamaşada məqsədimiz belə problemli insanları ayıltmaqdır. Əsərdə Respublikanın xalq artisti Pərvanə qurbanova, əməkdar artist Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Laləzar Ocaqquliyeva və s. rol alıblar”.

1 saat 20 dəqiqə davam edən səhnə əsərində 10 aktyor rol alacaq. Hazırda tamaşanın son məşqləri gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2393515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR