İran raketlərini havay qaldırdı - ABŞ-dan...

İran raketlərini havay qaldırdı - ABŞ-dan...
12:03 26 İyul 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

İran ölkənin cənubunda orta mənzilli ballistik raket sınağı gerçəkləşdirib.

Publika.az xəbər verir ki, bunu CNN telekanalına ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi deyib.

1300 km-ə yaxın mənzilə sahib “Şahab-3” raketinin ölkənin cənubundan göndərildiyi və raketin 965 km məsafə qət edərək Tehran yaxınlığındakı boş əraziyə düşdüyü bildirilib.

Mənbə qeyd edib ki, raket ABŞ-ın bölgələrinə təhdid xarakteri daşımır. Lakin İran bu növ sınaqlarla ballistik raketlərin mənzilini və hədəf səviyyəsini artırmağa çalışır.

İran məsələ ilə bağlı açıqlama verməyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/285720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR