Toyda bəyə əmzik verdilər (VİDEO)

Toyda bəyə əmzik verdilər (VİDEO)
12:26 11 May 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə bir toy məclisində bəyə maraqlı hədiyyələr verilib.

ANS PRESS-in məlumatına görə, açıq havada keçirilən toy məclisində səbəbkarlar Nihal və İmdat Demir cütlüyü rəqs edib.

Rəqsdən sonra bəy və gəlinə hədiyyələr verilib. Cütlüyə qohumları və yaxınları tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Bəyin dostları isə toy mərasimində hədiyyələri ilə sürpriz edib. Bəy dostlarının kardon qutulardakı hədiyyələrini açdıqdan sonra xeyli təəccüblənib.

Hədiyyə qutusundan çıxan heyva gəlinə verilib və dostlar meyvəni bəyə yedizdirməyi xahiş ediblər. Daha sonra bəyə oxlov, uşaq əmziyi və önlük hədiyyə edilib. Gördükləri qarşısında təəccübünü gizlətməyən bəy bu zarafata gülərək reaksiya göstərib. Dostların maraqlı zarafatı kameralar tərəfindən qeydə alınıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=343692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR