12 yaşlı qızı indi milyonlar tanıyır - VİDEO - FOTO

12 yaşlı qızı indi milyonlar tanıyır - VİDEO - FOTO
12:32 11 May 2015
172 Maraqlı
Ölkə mətbuatı
A- A+

Emosional caz və pop janrlarında ifa etdiyi mahnılar sayəsində dünyaca məşhurlaşan, "Siya" kimi tanınan avstraliyalı müğənni və şairə Siya Keyt İzabel Ferlerin ulduza çevirdiyi bir qız var.
 
12 yaşlı Meddi Siqler indi internetin ən populyar simalarından biridir.
Siyanın "Chandelier" mahnısının klipində baş rolda oynamış Meddi sonradan müğənninin "Elastic Heart" mahnısının klipində populyar aktyor Şia LaBöflə tərəf-müqabil olub.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan 12 yaşlı Meddinin çəkildiyi kliplərə YouTube-da 1 milyard dəfədən artıq baxılıb.
 
Meddinin Facebook-dakı rəsmi səhifəsinin 436 min, İnstagram-dakı akkauntunun 3 milyon, Twitter-dəki mikrobloqunun isə 708 min daimi təqibçisi var.
 
Siya balaca Meddi ilə 4 il əvvəl, "Dance Moms" şousunda tanış olub.
 
Meddinin rəqsində elastiklik və plastikanın fenomenal dərəcədə olduğunun fərqinə varan Siya qızı klipində çəkilməyə dəvət etmişdi.
2011-ci ildə müğənni Siya ilə Meddinin anası Melissa Siqler arasında anlaşma imzalanıb və sənətçi ilə Meddinin əməkdaşlığı başlanıb.
Pensilvaniyadakı Pittsburq şəhərində yaşayan Meddi rəqs etməyi "Abby Lee Dance Company"də öyrənib.
 
Beləcə, Meddi müğənninin "Chandelier", "Elastic Heart" və "Big Girls Cry" mahnılarının videokliplərində baş rola çəkildi.
 
"Jimmy Kimmel" və "The Ellen Show"larda da çıxış etmiş Meddi sonralar builki "Grammy Awards"a da qatılmışdı.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.
фото







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/339688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR