Polis oğrunun arzusunu gözündə qoydu

Polis oğrunun arzusunu gözündə qoydu
10:11 16 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda polis evlərə qənim kəsilən oğrunun növbəti evə girmək istəyini gözündə qoyub.

ANS PRESS-in məlumatına görə, Ucar rayon sakini 22 yaşlı Əli Rəhimov rayon ərazisində evlərdən soyğunculuq etmək qərarına gələrək bir neçə evə girib.

Ucar polisinin operativ əməliyyat qrupunun işə başlaması zamanı məlub olub ki, evlərə qənim kəsilən oğru Ucar rayon Tofiq İsmayilov küçəsində yaşayan 22 yaşlı Əli Rəhimovdudur. O saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs evlərə girərkən, vətəndaşlara məxsuz müxtəlif qızıl əşyaları, fotoaparat, mobil telefon video kamera ogurladığını etiraf edib.

Hazirda rayon polis şöbəsində faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır. Saxlanılan şəxsin başqa cinayətlərdə iştirakı olub, olmadığı araşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR