UEFA ötən mövsümün 10 ən yaxşı qolunu açıqladı: siyahıda "Qarabağ"ın da adı var - VİDEO

UEFA ötən mövsümün 10 ən yaxşı qolunu açıqladı: siyahıda "Qarabağ"ın da adı var - VİDEO
11:18 27 İyul 2019
128 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2018/2019 mövsümünün ən yaxşı qoluna namizədləri açıqlayıb.

Publika.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçiləri qurumun ötən mövsümün turnirlərindən ən yaxşı qolları seçiblər. Sonra UEFA-nın ekspertləri qolların sayını 10-a qədər azaldıb.

Mövsümün 10 ən yaxşı qoluna namizədlər sırasında "Sportinq"in sabiq futbolçusu, hazırda "Orlando Siti"də çıxış edən Naninin Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu qol da yer alıb.

Mövsümün ən yaxşı qolunu azarkeşlər UEFA-nın rəsmi saytında aparılacaq sorğuda müəyyən edəcəklər. Qalib 9 avqustda məlum olacaq.

Ötən mövsümün ən yaxşı qoluna namizədlər:

Danilo (Portuqaliya - Serbiya -1:1)

AÇ-nin seçmə mərhələsi, 2-ci tur, 25.03.2019

David Fopala (“Apollon” - “Latsio” -2:0)

Avropa Liqası, qrup mərhələsi, 29.11.2018

Lionel Messi ("Barselona" - "Liverpul" -3:0)

Çempionlar Liqası, 1/2 final, 01.05.2019

Enso Milyo (Fransa - Çexiya - 6:1)

17 yaşlıların Avropa çempionatı, 1/4 final, 12.05.2019

Nani ("Qarabağ" - "Sportinq" - 1:6)

Avropa Liqası, qrup mərhələsi, 29.11.2018

Pedro Rodriqes ("Çelsi" - "Slaviya" - 4:3)

Avropa Liqası, 1/4 final, 18.04.2019

İvan Rakitiç ("Tottenhem" - "Barselona" -2:4)

Çempionlar Liqası, qrup mərhələsi, 03.10.2018

Kristiano Ronaldo ("Yuventus" – "Mançester Yunayted" 1:2)

Çempionlar Liqası, qrup mərhələsi, 07.11.2018

İsmaila Sarr ("Renn" - "Yablonets" - 2:1)

Avropa Liqası, qrup mərhələsi, 20.09.18

Katerjina Svitkova ("Slaviya" - "Bavariya" - 1:1)

Qadınlar arasında Çempionlar Liqası, 1/4 final, 20.03.2019


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/285805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR