​Azərbaycanda xarici valyuta ilə yerləşdirilən depozitlərin həcmi artıb

​Azərbaycanda xarici valyuta ilə yerləşdirilən depozitlərin həcmi artıb
13:17 11 May 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanda aprel ayının 1-ə manatla yerləşdirilən depozitlər 5 092,6 mln manat təşkil edib. Bu barədə "Report" Mərkəzi Bankın məlumatına əsasən xəbər verir. Bu, mart ayının 1-ə olan göstərici ilə müqaisədə 550,7 mln.manat və ya 9,8% azdır.
2015 ci il yanvarın 1-ə olan məlumatla müqayisədə isə bu göstəricidə 2 183,2 mln. manat və ya 30% azalma qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə də azalma qeydə alınıb - 1 076,6 mln.manat və ya 17,5%.
Ölkədə xarici valyutada depozitlər isə aprelin 1-ə 7 013,9 mln.manat olub. Bu, mart ayının 1-ə olan göstəriciyə nisbətən 506,3 mln.manat və ya 7,8% çoxdur. İlin əvvəli ilə müqayisədə bu, 2 883,6 mln. manat və ya 69,8%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 3 769,2 mln.manat və ya 116,2% çoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-xarici-valyuta-ile-yerlesdirilen-depozitler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR