Xərçəng olan məşhur müğənninin həyat eşqi - FOTO

Xərçəng olan məşhur müğənninin həyat eşqi - FOTO
10:12 16 Yanvar 2015
513 Dünya
Ölkə mətbuatı
A- A+

O, hazırda İstanbulda kimyəvi terapiya kursu alır
Üçüncü dəfə xərçəng xəstəliyinə yaxalanan türkiyəli məşhur müğənni pərəstişkarlarından biri üçün ümid işığı olub.

Anspress-in məlumatına görə, Türkiyənin ən məşhur bəstəkar və müğənnilərindən biri, 65 yaşlı Kayahanda xərçəng xəstəliyi fəal olaraq qalmaqdadır.

O, yaşadığı çətinliklərə baxmayaraq, yenə həyatdan ümidini üzmür və onunla eyni taleyi paylaşanlara dəstək olmağa çalışır.

Müğənni ötən günlərdə xərçəng xəstəliyindən əziyyət çəkən bir pərəstişkarını həyat yoldaşı İpək Açarla birlikdə qəbul edib. Görüşdə sənətçi pərəstişkarına kefini pozmamağı, xəstəliyə bu şəkildə qalib gələ biləcəyini söyləyib.

Qeyd edək ki, Kayahan hazırda İstanbuldakı xəstəxanalardan birində həftədə bir neçə dəfə kimyəvi terapiya kursu alır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR