Bir neçə avtobusun marşrutu dəyişdirildi, sərnişinlər yolda qaldılar

Bir neçə avtobusun marşrutu dəyişdirildi, sərnişinlər yolda qaldılar
13:32 11 May 2015
264 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün - mayın 11-də Bakıda daha bir neçə sərnişin avtobusunun hərəkət istiqamətlərində dəyişikliklər olub. Lakin bu barədə sərnişinlərə əvvəlcədən məlumat verilməyib.

Virtualaz.org saytı xəbər verir ki, Hövsandan şəhər istiqamətinə gedən yeganə marşrutun - 175 saylı avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, əvvəllər 28 May-Hövsan istiqamətində hərəkət edən avtobusun son dayanacağı metronun “Xətai” stansiyasının qarşısı olacaq. Son 2 gündə isə avtobus Hövsan-“Həzi Aslanov” metrosuna qədər işləyib.

28 May-Əhmədli istiqamətində hərəkət edən 46 saylı avtobusun da marşrutunda dəyişiklik olub. Səhər saatlarında əvvəlki marşrut üzrə işləyən sürücülərə avtobusların “Xətai” metro stansiyasının yaxınlığına buraxılmayacağı ilə bağlı xəbərdarlıq edilib.

32 saylı sərnişin avtobusunun son dayanacağı isə metronun “28 May” stansiyasının qarşısından “Xətai” stansiyasının qarşısına köçürülüb.

Qeyd edək ki, mayın 4-də 70, 124 saylı avtobusların hərəkət istiqaməti dəyişdirilib, 14 nömrəli marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 1, 20, 188, 53, 90, 83 saylı avtobuslar isə ləğv edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı avtobusun marşrutu 20-ci Sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR