Şok açıqlama: "O hamınızı aldadıb" - FOTO

Şok açıqlama: "O hamınızı aldadıb" - FOTO
13:32 11 May 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

"O, hamınızı aldadıb. Özünü sadə, təvazökar insan, daim xalqını düşünən adam kimi təqdim edən Fidel Kastronun dünyada milyonlarla pərəstişkarı var. Halbuki bu şəxs kral kimi yaşayır. Yüz milyonlarla dollarlıq varidata malik Kastronun şəxsi adası belə, var".

Fidel Kastronun mühafizə xidmətinin sabiq əməkdaşı, hazırda ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan Xuan Reynaldo Sançesin dediyinə görə, Kubadakı inqilabın lideri və onillər boyu ölkəni idarə etmiş Fidel Kastro ilə bağlı məlumatların, xəbərlərin və təsəvvürlərin əksəriyyəti yalandır.
 
Milli.Az MCT-yə istinadən bildirir ki, Sançesin dediyinə görə, Fidel Kastro Kuba sahilləri yaxınlığındakı Kayo Pyedra adlı kiçik adanın sahibidir.
Burada onun üçün superlüks villa tikilib.
 
"Kiçik cənnətə döndərilmiş adada Kastronun göstərişi ilə 65 metr uzunluğunda liman, uçuş-enmə zolağı və kiçik elektrostansiya da var. Xalqı inqilabdan sonra onillər boyu yoxsulluq, qıtlıq və səfalətdə yaşasa da, Fidel Kastro cah-cəlal, dəbdəbədə ömür sürürdü", - Sançes söyləyib.
 
Onun sözlərinə görə, adadakı villada Fidel Kastro xanımı və 5 övladı ilə yaşayırdı: "1977-1994-cü illərdə onu Kayo Pyedra adasına yüz dəfələrlə müşayiət etmişəm".
 
Fidel Kastro 2008-ci ildə Kubada hakimiyyətdən uzaqlaşıb və postunu qardaşı Raul Kastroya verib.
 
Milli.Az
 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/339685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR