“Baktelekom” DATA-NET şəbəkəsini genişləndirəcək

“Baktelekom” DATA-NET şəbəkəsini genişləndirəcək
10:16 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "Bakinternet" internet xidmətinin yeni provayder platformasının qurulması artıq başa çatdırılaraq istismara verilməsi təmin edilib.
 
Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platformanın istifadəyə verilməsindən sonra Bakı şəhərində qlobal  internet resurslarına çıxış sürəti yüksəlmiş,  ən böyük yüklənmə saatında, onlayn rejimində abunəçilərin eyni vaxtda qoşulma səviyyəsi imkanlığı 180 minə çatdırılıb.

Yeni platforma qlobal internet şəbəkəsi ilə 100 Gbit/s sürətinə qədər informasiya mübadiləsi aparmaq imkanına malikdir. Platforma avadanlıqları bu sahədə qabaqcıl dünya təcrübəsinə malik şirkətin istehsalıdır.
 
 Qeyd olunur  ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin İP v4-dən daha geniş imkana malik IPv6   IP ünvan platformasına keçidini təmin etmək idi ki, bu da artıq öz həllini tapıb.
 
Hal-hazırda bütün dünyada IP v4 IP ünvan internet resurslarının çatışmazlığı ilə əlaqədar olaraq  mərhələli şəkildə IP v4-dən  IPv6 protokoluna  keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən  Azərbaycanda  ilkin olaraq "Bakinternet" internet provayderi  öz platformasının gözlənilən dəyişikliyə hazırlığını artıq təmin edib.

 Əlavə olaraq qeyd olunmuşdur ki, BTRİB şəbəkəsində telekommunikasiya və genişzolaqlı xidmətlərə olan tələbatın daha yüksək keyfiyyətlə ödənilməsi məqsədilə  yaxın zamanlarda DATA-NET şəbəkəsinin də məlumat ötürmə imkanlığının artırılması, onun genişləndirilməsi nəzərdə tutulub.
 
RƏVAN



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR