x
Loading...

Xoşqədəmin yeni verilişi (VİDEO)

Xoşqədəmin yeni verilişi (VİDEO)
13:06 11 May 2015
897 Digər
Ölkə mətbuatı
A- A+

ANS televiziyası növbəti möhtəşəm layihəsinə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, ağrılı-acılı, qəribə taleli insanların ağlasığmaz faciələrinin ümid çırağı Elgiz Əkbər və Xoşqədəm Hidayətqızı həftə içi hər gün "Sən tək deyilsən" deyəcək.

Həftə içi hər gün saat 16:30-dan 19:00-a qədər yayımlanacaq proqramın ilk buraxılışı bu gün olacaq.

Xoşqədəm Hidayətqızı yeni verilişi haqqında ANS PRESS-ə məlumat verib. "Mən ANS-ə gələndə belə bir istəklə gəlmişdim ki, gündəlik efirdə olum. Bu arzumu ANS rəhbərliyi reallaşdırdı".

O həmçinin qeyd edib ki, proqram sosial problemləri olanların, xəstələrin, imkansızların səsi olacaq.

"Verilişə müraciət edənlərə kömək ediləcək. Bundan başqa, "Sən tək deyilsən"də axtarışlar da olacaq. Sənədləri, əşyaları itənlər bizə müraciət edə bilərlər. Onların problemləri yerində həll ediləcək. Proqramda sosial, maarifləndirici mövzular gündəmə gətiriləcək. Bir sözlə, böyük bir layihə - "Sən tək deyilsən" geri qayıdır".

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=343709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR