3 qardaş güllələndi, ata ağır vəziyyətdədir - Türkiyədə ailə qətliamı

3 qardaş güllələndi, ata ağır vəziyyətdədir - Türkiyədə ailə qətliamı
12:17 28 İyul 2019
97 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şanlıurfa şəhərində dəhşətli cinayət baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, küçədə iki qrup arasında öncə mübahisə düşüb, sonra odlu silahlar işə salınıb.

Hadisə zamanı Mehmet Güvən (68 yaş), onun oğulları - İbrahim Xəlil (32 yaş), Murad (35 yaş), Ramazan Güvən (38 yaş) güllələnib. Hadisədən sonra cinayətkarlar ərazidən qaçıblar.

Yaralılar ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin bütün cəhdlərinə baxmayaraq qardaşların həyatını xilas etmək mümkün olmayıb. Atanın vəziyyəti isə ağırdır.

Hazırda cinayətkarların tutulması istiqamətində tədbirlər görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/774230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR