Qurani-Kərimdə bəhs edilən gizli elmi gerçəklər - FOTO

Qurani-Kərimdə bəhs edilən gizli elmi gerçəklər - FOTO
12:37 28 İyul 2019
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Elm adamlarının illərcə araşdırdığı, üzərində çalışdığı elmi gerçəklərdən Qurani Kərim 1400 il öncə bəhs edib. Əsrlər öncəsindən bizə gələn bu gerçəklikərin bir qisminə nəzər salaq.

Dünyanın forması

Milli.Az musavat.com-a istinadən bildirir ki, Frensis Dreyk 1597-ci ildə dünyanın ətrafında dolaşaraq, planetimizin kürə fomasında olduğunu isbat edib. Dreykdən illər öncə isə Qurani Kərimdə uca Allah Yasin və Nəml sürələrində "Bundan sonra da yeri döşəyib (yayıb, dəvəquşu yumurtası şəklinə gətirdi) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı)" - deyə, buyurur.

Dünya ile ilgili görsel sonucu

Sözügedən ayədə "dəvəquşu yumurtası şəklinə gətirdi" - deyə yazıldığı üçün bu, "ellips" kimi tərcümə edilib. Dünyanın tam olaraq yuvarlaq deyil, ellips formasında olduğu da elmi olaraq təsdiq edilib.

Kainatın genişlənməsi ile ilgili görsel sonucu

Kainatın genişlənməsi

İsaak Nyuton kütlə və cazibə qüvvəsi qanunlarını kəşf etdikdən sonra kainatın dəyişməzliyi mövzusu müzakirə edilməyə başlayır. Bu illər ərzində "bütün səma cismləri bir cazibəyə sahibdirsə, kainat kiçilməlidir", - deyə düşünülürdü. Modern elmi araşdırmalar isə kainatın durmadan genişləndiyini isbat edir. Əsrlər öncə bizlərə bəxş edilən Allahın kitabı Qurani Kərimdə isə bu barədə bəhs edilir. Konkret olaraq, Əz-Zariyət surəsi, 47-ci ayəyə nəzər salaq: "Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik)". Bu surədən də başa düşüldüyü kimi, illər öncə kainatın genişləndiyi Qurani Kərimdə açıq-aşkar şəkildə bildirilib.

Şirin ve tuzlu suyun arasındakı engel ile ilgili görsel sonucu

Şirin su və duzlu su arasındakı əngəl

Quranda bəhs edilən digər elmi gerçək isə şirin və duzlu suyu bir-birinə qarışdırmayan əngəlin olmasıdır. Bu əngəli 1962-ci ildə alman professorları Ədən körfəzi ilə Qırmızı dənizin birləşdiyi Babül-Məndəb boğazında tapıblar. Daha sonra fransız sualtı tədqiqatçısı Kusto bu su əngəlinin bütün dənizlərin birləşmə nöqtələrində mövcud olduğunu təsbit edib. Allah-Təala isə "Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!" - deyə, Furqan surəsi, 53-cü ayədə buyurur. 

İnsan bedenindeki su oranı ile ilgili görsel sonucu

Biologiya

Müqəddəs kitabımız olan Qurani Kərim bizlərə biologiyadan da xəbər verməkdədir. Allahın "hər canlını sudan yaratdıq" buyurmağı, ilahiyyatçılara görə, "hər şeyi sudan canlı qıldıq", yaxud, "hər canlını su səbəbilə yaratdıq" mənasını verir. Elmi araşdırmalara görə isə, su həm dünyanın, həm də bütün canlıların böyük bir qismini əhatə edir. İnsan bədəninin təqribən 80-90 faizi sudan ibarətdir. Və bu səbəblə də insanlar qida olmadan həftələrlə yaşayarkən, susuz halda ancaq bir neçə gün yaşaya bilirlər. Eynilə Qurani Kərimdə bəhs edildiyi kimi.

Arıların bal mucizesi kuranda ile ilgili görsel sonucu

Zoologiya

Quranda heyvanlardan və bitkilərdən də bəhs edilir. Hörümçəklərin tor qurmağı və torlarının çox dözümlü olmağından, qarışqaların, meyvələrin, çiçəklərin sirlərindən də müqəddəs kitabımızda bəhs edilir. Nəhl surəsində isə, bal arısının bal istehsal edəcəyi çiçəyi bilməyi, tapmağının İlahi istək nəticəsində olduğundan bəhs edilir. Bu surənin 68 və 69-cu ayələrinə nəzər salaq: "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/774233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR