ABŞ əsgərləri artıq görünməz olacaqlar

ABŞ əsgərləri artıq görünməz olacaqlar
14:27 11 May 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika ordusunda gözəgörünməz komuflyaj kostyumların sınağına başlanılıb. Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu geyimlər əsgərləri döyüş meydanında tamamilə görünməz edəcək. Bu formaya "adaptiv kamuflyaj" adı veriblər. Yaxın bir il ərzində ABŞ formanın 10 cür modifikasiyasını sınaqdan keçirməyi planlaşdırr.

Adaptiv kamuflyaj xüsusi materialdan hazırlanır. Formanın üstünə düşən işıq şüaları sınır. Xüsusi material elektromaqnit dalğalarının istiqamətini dəyişir. Nəticədə kostyum xameleon effekti yaradaraq əsgəri görünməz edir. 

Bununla belə, yeni formanın çatışmayan cəhətləri də var. Kostyumun enerji təchizatı bitdikdə bütün imkanları da tükənir. Hər zaman lazımi qədər enerji ilə təchiz edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/339755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR