Kim tez çatır? - Hamını düşündürən sualın İNANILMAZ CAVABI

Müasir dövr cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri eskalatorda gəzməkdir.

Metbuat.az xəbər verir ki, metro, keçid və bənzər ictimai məkanlardan istifadə edən hər kəs ömründə bir dəfə də olsa, eskalatordan tələsik şəkildə düşənlərin arxasınca deyilən bu sözü mütləq eşidib: özü düşür də, sən hara qaçırsan?

İş o yerə gəlib çatıb ki, mövzunun mütəxəssisləri də bu müzakirələrin yekunlaşması üçün səylərini artırıblar.

Şəhərsalma arxitekturasında dizaynerlər bu günə qədər ən əlverişli piyada keçidi modelini qurmaq üçün müxtəlif taktikalardan istifadə ediblər. Nümunə olaraq, eskalatorlada "sağda dayanmaq", "keçid üçün sol tərəfi boş saxlamaq" işarələrini göstərə bilərik. Eskalatordan istifadə edənlər dayanırlarsa, pilləkənin sağ tərəfində, gəzənlər və qaçanlar isə sol tərəfində olur.

Bəs eskalatorun pilləkənlərinin iki istiqamətdə bölünməsi gedəcəyiniz yerə daha tez çatmağınıza kömək edirmi? Tələsənlər üçün ayrı, dayananlar üçün ayrı istiqamət olmalıdırmı, yoxsa hər iki tərəf sadəcə dayanmaq üçün istifadə edilməlidirmi?

Bu mövzuda aparılan araşdırmalar göstərir ki, piyadaların 74,9%-i gəzmək yerinə, eskalatordan istifadə edərək dayanmağı üstün tutur. Kütlənin kiçik, səbirsiz bir bölümü üçün eskalatorun bir tərəfini tamamilə açıq buraxmaq lazımdırmı?

Rahatlıq və faydalılıq arasında incə cizgi

Londonda şəhərsalma mühəndisləri, xüsusilə, qələbəlik metrolarda eskalatorların sadəcə dayanaraq istifadə olunmasını nəzərdə tutan yeni metod tətbiq ediblər. Bu yenilik sayəsində eskalatorların saatlıq istifadə potensialında 27% artım qeydə alınıb. İnsanlara eskalatorda gəzməyə icazə verilməyi və bunun sayəsində stansiya əvvəlki iş potensialından daha çox sayda insan tərəfindən istifadə olunub. Beləliklə, daha çox insan qısa zaman ərzində hədəfinə çatıb.

Yəni əslində, sadəcə tələsənlər üçün eskalatorun bir tərəfini boş buraxmaq yerinə, həmin yeri dayanan insanlarla doldurmaqla daha çox insan eyni vaxtda istədiyi məntəqəyə gedib çata bilər. Yəni əslində, eskalatorda qaçmağa ehtiyac yoxdur. (publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR