ARDNŞ quru sahəsindəki seysmik-kəşfiyyat işləri başa çatdırılıb

ARDNŞ quru sahəsindəki seysmik-kəşfiyyat işləri başa çatdırılıb
10:18 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublıikası Dövlət Neft Şirkəti) “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü tərəfindən “Ceylaxtarma-Nardaranaxtarma” sahəsində seysmik-kəşfiyyat işlərini uğurla başa çatdırılıb.

Bu barədə Trend şirkətin yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, eləcə də zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə 167,3 kilometr həcmində 2D seysmik, 165,3 kilometr həcmində qravimetrik və 169,7 kilometr həcmində maqnotometrik tədqiqat işləri aparılmışdır. Hazırda məlumatlar emal və interpretasiya olunur.

Qeyd edək ki, “Şamaxı-Qobustan” neftli-qazlı rayonunda yerləşən “Ceylaxtarma-Nardaranaxtarma” sahəsində əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2353867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR