Bir həftə maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Bir həftə maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
15:14 11 May 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək

 

 

Sabahdan etibarən Yer kürəsində maqnit qasırğaları gözlənilir.


 

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, 1 həftə davam edəcək qasırğanın gücü zəif olacaq.

 

Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədərdir: “Yaxın günlərdə müşahidə ediləcək maqnit qasırğaları J1 gücündə olan zəif qasırğalar olacaq.

 

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək. Maqnit qasırğaları müəyyən fasilələrlə olacaq, bir müddət davam edəndən sonra səviyyəsi aşağı düşəcək və mayın 17-18-də sonuncusu müşahidə ediləcək. Bununla da, maqnit qasırğaları başa çatacaq. Onların hamısı zəif qasırğadır və insanlara ciddi təsiri olmayacaq”.

 

N. Cəlilov əlavə edib ki, maqnit qasırğaları Günəşdə 3 gün öncə baş verən alışmaların nəticəsidir: "Günəş diskinin ortasında alışmalar baş verib, ayrılan plazma axını yerə doğru yönəlib. Bunun da nəticəsində sabahdan etibarən Yerdə maqnit qasırğaları gözlənilir". 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR