Yevlaxda qətl törədən şəxsi polis əməkdaşları tərki-silah edərək saxlayıb

Yevlaxda qətl törədən şəxsi polis əməkdaşları tərki-silah edərək saxlayıb
16:52 29 İyul 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunda qətl törədən şəxs 2 polis əməkdaşları tərəfindən tərki silah edilərək saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, iyulun 27-də gecə saat 01:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları polis mayoru Qurban Qasımov və polis serjantı Fariz İbrahimzadə şəhər ərazisində xidmətdə olan zaman, şəhərin Həzi Aslanov və Elbrus Məmmədov küçələrinin kəsişməsində bir qrup şəxsin mübahisə etdiyini görüb həmin yerə yaxınlaşıblar. 
Orada bıçaqlı şəxsin bir nəfərə ağır xəsarət yetirdiyini, digər 2 nəfərə isə xəsarət yetirmək istəyən zaman barədə polis əməkdaşları xüsusi fənd tətbiq edərək onu tərki-silah ediblər.
Polis serjantı Fariz İbrahimzadə və köməyə gəlmiş polis əməkdaşları ilə birlikdə cinayəti törətməkdə şübhəli bilinən Namiq Vəliyevi saxlayaraq Polis Şöbəsinə aparıblar. Polis əməkdaşlarının peşəkarlığı və çevik müdaxiləsi nəticəsində iki nəfərin həyatı təhlükədən xilas edilib.
Qeyd edək ki, polis mayoru Qurban Qasımov dərhal ağır xəsarət almış yaralını avtomobillə Yevlax Rayon Mərkəzi Xəstəxanası çatdırsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-qetl-toreden-sexsi-polis-emekdaslari-terki-silah-ederek-saxla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR