Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar İslamabadda bir sıra təbirlər keçirilib

15:38 11 May 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 11 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Azərbaycan-Pakistan Media Forumunun (APMF) toplantısında Pakistanın tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.
APMF-nun prezidenti Cavid Əli Batti ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib.
Pakistanın sabiq xarici işlər katibi, senator Əkrəm Zəki, sabiq federal nazir Qulam Hüseyn, İqtisadi Monitorinq Qeyri-Hökumət Təşkilatının sədri Murtaza Muqal, professor Sacid Xaxvani, Kaşmir Tahrik-e-Xavatin təşkilatının sədri Şəmim Şal, APMF sədrinin müavini Şumayla Caved Batti Azərbaycanın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər. Bildirilib ki, Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin yaradılmasında və inkişafında xüsusi xidmətləri olub.
Qeyd olunub ki, Heydər Əliyevin 1995-ci ildə Bakıda Pakistan Prezidenti Xan Leqari və 1996-cı ildə Pakistana tarixi səfəri zaman bu ölkənin Baş naziri Benazir Bhutto ilə görüşləri ölkələrimız arasında münasibətlərin inkişafına təkan verib. Həmin görüşlər zamanı imzalanan mühüm sənədlər əlaqələrimizin hüquqi-normativ bazasını təşkil edir.
XXX
Azərbaycan-Pakistan Forumunun prezidenti, Azərbaycan Diplomatik Akademiyasının məzunu Naman Zəfər Çoudri Lahor şəhərinin Pəncab Universitetində “Heydər Əliyev və Pakistan-Azərbaycan münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında əvəzsiz rolu, Ulu Öndərin siyasi karyerası, bu böyük siyasətçinin Azərbaycan-Pakistan münasibətlərinə verdiyi töhfələr, Heydər Əliyev Fondunun Pakistanda fəaliyyəti haqqında geniş məlumatlar verilib.
XXX
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları Ümummilli Liderin səfirlikdə abidəsi önünə çiçək dəstələri düzüblər.
Sonra İslamabad şəhərindəki Şəkkər Paryan parkında 1996-cı ildə Heydər Əliyev tərəfindən əkilən, Azərbaycan-Pakistan dostluğunun simvolu olan ağacın ətrafında abadlıq işləri aparılıb.
XXX
Ümummilli Liderin doğum gününün 92-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində səfirliyin əməkdaşlarının iştirakı ilə İslamabad şəhərindəki ziyarətgahların birində ehsan verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_anadan_olmasinin_92_ci_ildonumu_ile_elaqedar_Islamabadda_bir_sira_tebirler_kechirilib-854109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR