Səudiyyədə silah anbarı partladı, ölənlər var

Səudiyyədə silah anbarı partladı, ölənlər var
20:48 29 İyul 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Növbəti dəfə Səudiyyə Ərəbistanının cənubunda yerləşən bəzi mövqelərinə ballistik raket hücumu təşkil edilib.

Axar.az xəbər verir ki, bu barədə İranın dəstəklədiyi, husilərə aid "Əl-Mesira" televiziyası məlumat yayıb.

Yəməndəki husilərin sözçüsü Yəhya Seri də Səudiyyə Ərəbistanı ərazisinə "Bədr F" tipli ballistik raket atıldığını təsdiqləyib. Raketin silah anbarında böyük partlayışlara səbəb olduğu, çox sayda ölü və yaralının olduğu vurğulanıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri raket hücumu ilə bağlı hər hansı açıqlama yaymayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/286012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR