Avropa Parlamenti: "Şərq tərəfdaşlığı" üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi əsas prinsiplərə ziddir

16:12 11 May 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 11 May 2015 16:11 ]

Bakı. Mübariz Aslanov - APA. "Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ondan ibarətdir ki, "Şərq tərəfdaşlığı" üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi "Şərq tərəfdaşlığı"nın əsas prinsiplərinə ziddir".

Bakı. Mübariz Aslanov - APA. "Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ondan ibarətdir ki, "Şərq tərəfdaşlığı" üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi "Şərq tərəfdaşlığı"nın əsas prinsiplərinə ziddir".

 

Benelüks Azərbaycanlıları Konqresindən (BAK) APA-ya verilən məlumata görə, bu barədə Avropa Parlamentinin Şərq Tərəfdaşlığı və Rusiya bölməsinin beynəlxalq məsələlər şöbəsinin rəhbəri Filip Kamaris BAK sədri Sahil Qasımova ünvanladığı cavab məktubda deyilir.

 

F. Kamaris qeyd edib ki, Qarabağ münaqişəsi BMT-nin 4 müvafiq qətnaməsi və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri liderlərinin 2009-cu ildə Akvildə imzaladığı sənəddə göstərilən prinsiplər əsasında həll olunmalıdır.

 

Qeyd edək ki, Benelüks (Niderland, Belçika və Lüksemburq) ölkələrində yaşayan azərbaycanlılar adından Avropa Parlamenti deputatlarının aprel ayında "erməni soyqırımı" ilə bağlı imza atdıqları qətnaməyə etiraz olaraq qurum rəhbərliyinə etiraz məktubu göndərilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR