"Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunu göstərdik"

"Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunu göstərdik"
16:27 11 May 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

""Tour d’Azerbaidjan-2015" çox maraqlı və kifayət qədər gərgin keçdi. Bütün mərhələlər canlı yayımlandı və hamı yarışın yüksək səviyyədə keçməsinin şahidi oldu". Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, “Tour d’Azerbaidjan-2015”in Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışdan sonra keçirilən mətbuat konfransında deyib.

Federasiya rəsmisi ənənəvi yarışla bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, turnirə qatılan bütün komandalar təşkilatçılıqdan razı qalıblar: “Məqsədimiz komandaların razı qalması idi və xoş haldır ki, narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədir. Bununla da Azərbaycanın Avropa Oyunları üçün tam hazır olduğunu və ölkəmizin istənilən səviyyəli yarışı ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik”.
 
“Tour d’Azerbaidjan-2015”in Bakı-2015-in şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində keçirilən sonuncu mərhələsini Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə təşkil etdiklərini deyən vitse-prezident qeyd edib ki, sınaq yüksək səviyyədə baş tutub. O, "Synergy Baku"nun çempionluğunu da yüksək qiymətləndirib: “Biz ildən-ilə hər şeyi yaxşılaşdıracağıq. Bu işlərə də başlayanda məqsədimiz bu olub. Azərbaycan prezidenti cənab İlham Əliyev ölkə idmanına böyük diqqət və qayğı göstərir. Velosiped idmanı da bunun sayəsində inkişafdadır. Artıq ilk bəhrələri görməkdəyik. Avropa Oyunlarına gəlincə, yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Biz də yaxşı nəticələr göstərmək istəyirik. Çünki bu möhtəşəm yarışda yüksək təşkilatçılıqla yanaşı, əla nəticələr də vacibdi”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/339770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR